Aktual

“Xaricdən dindarlarımızın siyasi proseslərə yönəldilməsinə ehtiyac yoxdur!”

Qafqaz Xalqları Ali Dini Şurasının Qroznı toplantısında Azərbaycan xalqına müraciət qəbul olunub.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə şura üzvləri Azərbaycan xalqını prezident İlham Əliyevə səs verməyə çağırıblar. Bu müraciətlə bağlı ilahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun münasibətini öyrəndik. O, sözügedən toplantının xaricdə keçirildiyinə, eyni zamanda din adamlarının xaricdən ölkə vətəndaşlarımıza siyasi çağırış etməsinə diqqəti yönəldərək, bunları söylədi: “Bu toplantı xarici bir dövlətin ərazisində, əsas etibarilə, xarici dövləti təmsil edən din adamlarının iştirakı ilə keçirilib. Qafqaz Xalqları Ali Dini Şurasının bu yığıncağında ölkə vətəndaşlarımıza açıq şəkildə siyasi çağırışla müraciət edilib. Zənnimcə, siyasi, xüsusilə də, seçkilər kimi həssas məsələlərlə bağlı ölkə vətəndaşlarımızın kənardan verilən məsləhətlərə ehtiyacı yoxdur. Bu kimi məsələlərlə bağlı qərarı məhz Azərbaycan vətəndaşları verməlidirlər. Ümumiyyətlə, xaricdən dindarlarımızın siyasi proseslərə yönəldilməsinə ehtiyac yoxdur! Dini mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq, ölkəmizin vətəndaşları qanunvericilik çərçivəsində seçkilər zamanı üzərinə düşən vəzifəni bilir və seçimi də özü etməlidir.”
İlahiyyatçı-alim həmçinin əlavə etdi ki, dini mövqeyindən asılı olmayaraq vətəndaşlarımızın bu kimi məsələlərdə nə Qafqaz Xalqları Ali Dini Şurasının, nə də hər hansı digər bir qurumun məsləhətinə ehtiyacı yoxdur: “Zənnimcə, hər bir təşkilat, hər bir qurum öz üzərinə düşən işləri görərsə, öz sahəsilə məşğul olarsa, cəmiyyətə daha faydalı olar”.

“Yeni Şərq”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button