Aktual

Xaricilərin ölkədən çıxarılması barədə xəbər təsdiqini tapır

Ötən sayda məlumat vermişdik ki, əcnəbilər kütləvi şəkildə Azərbaycandan çıxarılır. Məlumatda deyilirdi ki, bu addım qarşıdan gələn prezident seçkisi ilə bağlıdır.
Xarici vətəndaşların Azərbaycandan çıxarılmasına yerli icra hakimiyyətləri, miqrasiya xidməti, DIN və MTN bu prosesə cəlb edilib. Onlara tapşırılıb ki, seçki kampaniyasına qədər bu məsələ həllini tapmalıdır. Artıq 1000-nə yaxın əcnəbi Azərbaycandan çıxarılıb.
Dövlət Miqrasiya Xidməti də bu günlərdə məlumat yayıb ki, iyulun 15-dən 19-na qədər 658 nəfər xarici vətəndaşa 48 saat ərzində Azərbaycanı tərk etməli olduqları barədə xəbərdarlıq edilib. 50 nəfər isə deportasiya edilib. Miqrasiya xidməti bunu həmin vətəndaşların sənədlərindəki qanun pozuntuları ilə əlaqələndirib.
Lakin birdən-birə bu qədər xarici vətəndaşın sənədlərində pozuntu aşkarlanması inandırıcı görünmür. Digər tərəfdən bu əldə etdiyimiz məlumatlara görə, sənədləri qaydasında olan xarici vətəndaşlar da ölkədən çıxarılıb.
Ekspertlər də hesab edir ki, onların ölkədən çıxarılması hakimiyyətin seçkilə bağlı narahatlığından irəli gələ bilər. “Indi vəziyyət o qədər yaxşı deyil. Hakimiyyətə beynəlxalq təzyiqlər artıb. Ola bilər iqtidar düşünür ki, seçki ərəfəsində ölkədə qarışıqlıq yaranarkən buradakı xarici vətəndaşlardan istifadə edilə bilər”,- deyə ekspertlər bildirir.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button