Film izləyicilərin kinoteatrlara axın etməsinə səbəb olub
İranlı kinorejissor Məcid Məcidlinin İslam aləmində səs-küyə səbəb olacaq filmi artıq İran kinoteatrlarda izləyicilərə təqdim olunub. Qeyd edək ki, Həzrəti Məhəmmədin (s) həyatından bəhs edən filmdə ilk dəfə olaraq onun səsli və görüntülü olaraq təsvir edildiyi deyilir. Filmin çəkilişi və hazırlanması 7 il vaxt aparıb. Filmdə İslam peyğəmbərinin (s) 12 yaşına qədər olan həyatından bəhs edilir. İslamazer.az “FARS”-a istinadən filmin təqdimat mərasimindən olan fotoları təqdim edir.