İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə Tehranda keçirdiyi brifinqdə deyib: “Biz regionda beynəlxalq sərhədləri dəyişdirəcək hər hansı geosiyasi dəyişikliyə qarşıyıq və bununla bağlı mövqeyimizi dəfələrlə bəyan etmişik. Bu məsələdə heç bir dəyişiklik olmayıb və olmayacaq”.
Onun sözlərinə görə, İran və Ermənistan arasında əlaqələr konstruktiv xarakter daşıyır və regional təhlükəsizliyin, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ümumi maraqlara əsaslanır.