Böyük Rəhbərin, hegemonçular cəbhəsi ilə mübarizə təfəkkürü barədə çıxışları

İslam İnqilabının Böyük Rəhbəri İslam Şurası Məclisinin nümayəndələri ilə görüşdə söyləyiblər: Bəşəriyyətə zidd olan hegemonçu cəbhələr qarşısında dayanmağın yeganə yolu bu cəbhə ilə mübarizə təfəkkürünün davam etdirilməsidir.
Həzrət Ayətullah Əl- Üzma Xameni bazar günü İran parlamentinin nümayəndələri və sədri ilə görüşdə İslam hakimiyyəti və onun davam etməsinin mübarizə təfəkkürünə əsaslanmasına işarə edərək təkidlə bildiriblər: Hegemonçular cəbhəsi ilə mübarizə təfəkkürünü davam etdirmədən İslam hakimiyyətinin yüksək məqsədlərinə çatmaq olmaz.
Böyük Rəhbər vurğulayıblar: Mübarizənin davam etdirilməsinə təkid, İslam hakimiyyətinin militarist olduğu mənasında deyil, bəlkə ağıl belə hökm edir ki insan, qarətçilərin məntəqəsindən keçmək üçün özünü təchiz etməli və müdafiə gücünü artırmalıdır.
İslam hakimiyyəti müqəddəs İslam dünyasının öyüdlərinə əsasən bəşəriyyətə hörmət edən humanist və sülhsevər hakimiyyətdir.
Amma hegemonçular cəbhəsi şeytani məqsədlərlə daim müxtəlif metodlarla müharibə törədib xalqların sərvətlərini qarət edir. Zorakı və tamahkar güclər öz məqsədlərini yürütmək üçün müxtəlif dövrlərdə üzdən iraq humanitar metodlardan bəhrələnir. Həmin zorakı güclər müxtəlif ölkələrin sərvətlərini qarət etmək uğrunda müharibə və qan tökmək yolundan istifadə edirlər.
Afrikaya qoşun çəkmək və qara qitəyə və Yaxın şərq xalqlarını qırğın etməyi hegemonçular cəbhəsinin istilaçılıq çərçivəsində qiymətləndirmək olar.
Belə bir vəziyyətdə xalqlar hegemonçuların tamahkarlığı qarşısında dayanmaq üçün mübarizə təfəkkürünə ehtiyac duyurlar. Fələstin xalqı, Sionist rejimin işğalçılığı ilə mübarizə aparması hegemonçular cəbhəsi ilə mübarizə təfəkkürünün bariz nümunəsidir. Fələstin xalqı 60 ildən çoxdur ki, İsrail rejiminin qarətçiliyi və onun Amerika kimi himayəçiləri ilə mübarizə aparır.
Həmçinin İslam İnqilabının qələbəsi və İranın müxtəlif sahələrdə inkişaf etməsi və 35 il müddətində əhəmiyyətli və təyin edici yollardan uğurla keçməsi İran xalqının ciddi, sədaqətli və düşüncəyə əsaslanan mübarizəsinin nəticəsidir.
İran xalqı hegemonçular cəbhəsi ilə mübarizə təfəkküründən düzgün bəhrələnərək, bu cəbhənin İslami İrana qarşı intriqasını zərərsizləşdirib. İslam İnqilabının 35 illik keçmişi İran xalqının hegemonçularla mübarizəsində yadda qalan və təyin edici günlərlə doludur.
İran xalqı cihad əhval ruhiyyəsinə malik olaraq, daxili və yerli mənbələrə arxalanaraq müxtəlif sahələr o cümlədən elm və raketlə müdafiə sahələrinə daxil olub ki bu sahələr, vaxtı ilə bir neçə super gücün inhisarında olmuşdur.
İslam hakimiyyətində mübarizə təfəkkürünün təsirli olduğunu nəzərə alaraq İran rəsmiləri müxtəlif iqtisadiyyat və elm sahələri xüsusilə də nüvə mövzusunda İran xalqının haqlı hüququ uğrunda mübarizə aparmaqdadırlar. İslam İnqilabının Böyük Rəhbərinin təbirincə desək, bu mövzu ölkələnin bütün işlərinə ətraflı düşüncə kimi hakim kəsilməlidir./irib/