ArxivXəbərlər

Yəhudi liderindən şok Azərbaycan açıqlaması

16546

«Azərbaycana təhlükə olacağı təqdirdə İsrailin Rusiyanı dəstəkləyəcəyi istisna edilmir»

Dünya yəhudilərinin liderlərindən olan, Beynəlxalq Hipersionist Hərəkatının rəhbəri Avraam Şmuleviç “Bizim Yol” qəzetinə müsahibəsində diqqət çəkən bir sıra məsələlərə toxunub.

Şmuleviç ilk növbədə ABŞ-ın Yaxın Şərqdəki bütün siyasi addımlarında Səudiyyə Ərəbistanı, Misir və digər körfəz ölkələrinə arxalandığını deyib. onun sözlərinə görə, dünyada Ağ Evin siyasətinə təsir edə biləcək cəmi iki ölkə var – Səudiyyə Ərəbistanı və İsrail.

Azərbaycanın yerləşdiyi regionda baş verənlərə, həmçinin İsrail-Azərbaycan münasibətlərinə toxunan Avraam Şmuleviç Putinin keçmiş SSRİ respublikalarının müstəqilliklərini şübhə altına aldığını bildirib. Onun fikrincə, iqtisadi cəhətdən Putin üçün Azərbaycan Ukrayna və Qazaxıstandan heç də az əhəmiyyətli deyil. «Putinin Gürcüstan torpaqlarına hücumu zamanı da çoxları başa düşmədi ki, bu ayrıca siyasi epizod deyil, imperiya ambisiyalarının həyata keçirilməsi planının başlanğıcıdır. “Rus ayısı” yuxudan ayılır və onda imperiya aclığı hissi güclənir. Krımın anneksiyası bu planın ikinci hissəsi idi. Təbii ki, bunun davamı gələcək və təhlükəlisi odur ki, Cənubi Qafqaz bu strategiyadan qıraqda qala bilməz», – deyə o qeyd edir.

Yəhudi lideri şimaldan Azərbaycana təhlükə olacağı təqdirdə ölkəsinin Rusiyanı dəstəkləyəcəyini istisna etməyib. Onun sözlərinə görə, rəsmi Bakı heç İsraildə səfirlik belə açmayıb, amma Rusiya ardıcıl olaraq, burada güclü lobbiçilik siyasəti həyata keçirir, öz mövqeyində haqlı olmasını bütün vasitələrlə İsrail xalqına çatdırır. Söhbət hansısa konkret şəxslərlə yaxınlıqdan yox, ümumi işdən getməlidir. Bunu Azərbaycan da nəzərə almalıdır.

Şmuleviç həmçinin bildirib ki, Azərbaycan konkret situasiyanı gözləməməli və Moskvanın addımlarına qarşı indidən hazırlaşmalıdır. Əgər bu hazırlıq olmasa, Azərbaycanın Putinin yürüşləri qarşısında duruş gətirəcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil.

Ciddi təsir imkanları olan yəhudi təşkilatının nümayəndəsinin Azərbaycanla bağlı belə bir açıqlaması hakimiyyətə mesaj xarakteri daşıdığı da istisna edlmir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı işğalı dünyada əvvəlkindən ciddi şəkildə fərqlənən vəziyyətin yarandığını deyir. Beynəlxalq təhülkəsizlik sistemi hazırda ciddi təhlükə ilə üz-üzədir. Hələlik Qərbin Rusiyanı dayandıracaq, aqressiv planlarından çəkməyə məcbur edəcək fəaliyyəti yoxdur. Bütün bunlar dünyada gərginliyi xeyli artırır. Ən müxtəlif səviyyələrdən olan şəxslər Rusiyanın aqressiv planlarını bundan sonra da davam etdirəcəyi qənaətindədirlər.

Ekspertlər yəhudi təşkilatı rəhbərinin fikirlərin bəziləri ilə razılaşsalar da, bəziləri ilə razılaşmağın mümkün olmadığını deyir. Azərbaycan üçün də müəyyən təhlükələrin olması fikri ilə razılaşmamaq mümkün deyil. İsrailin Rusiya ilə müəyyən mərhələdə eyni mövqedən çıxış edəcəyi fikri bu motivlə əsaslandırma olar ki, İsrail antiRusiya kampaniyasında fəallıq etmir. Bunun başlıca səbəbi ABŞ-ın İsrail-Fələstin münaqişəsini həll etməklə bağlı İsraili xeyli narazı salması olub. On illər boyu güzəştsiz mövqedə duran İsraili ABŞ müəyyən məsələlərdə güzəştə getməyə təhrik edir. Əslində «biz Rusiya ilə müəyyən vaxtda həmfikir ola bilərik» deməklə ABŞ-a təzyiq göstərmiş olurlar. Bu eyni zamanda həm də Azərbaycana təzyiqdir. Güman etmək olar ki, bunun başlıca səbəbi İran-Azərbaycan münasibətlərinin son dövrdə müəyyən qədər yumşalmasıdır. O ki, qaldı ABŞ-a iki dövlətin, İsrailin və Səudiyyə Ərəbistanının təsir imkanlarının olmasına, ekspertlər bunu müəyyən qədər şişirdilmiş fikir kimi qiymətləndirir. Bununla sanki ABŞ-ın böyük qüdrət sahibi olmadığı mesajı ötürülür. ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı vacib edən müəyyən məsələlər var. Amma bu o demək deyil ki, ABŞ onlarsız keçinə bilməz. ABŞ-ın Avropa Birliyi, Kanadadan tutmuş Avstraliyaya, Yaponiydan tutmuş Türkiyəyə qədər müttəfiqləri var. Heç bir halda onların gücü İsrail və Səudiyyə Ərəbistanının gücü ilə müqayisə edilə bilməz./azadliq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button