Arxiv

Yanan Azərbaycan

Qarabağ qazisi özünü yandırdı! Bu xəbər sürətlə hər yerə yayıldı,əlbəttə, sosial şəəbəkələr vasitəsilə, televiziya isə ənənəvi olaraq heç nə olmamış kimi susur,o vaxta qədər ki, özünü yandıran qazinin pozulmuş hüquqları başqa bir qazinin mitinq çağırışları ilə qorunmağa,müdafiə olunmağa başladı Bir insanın özünə qəsd etməsi intihar hadisəsidir və dində də günah sayılır,amma bir insanı intihar etmək dərəcəsinə çatdırmaq intihar edəndən çox,onu bu işə vadar edənlərin günahının daha atrtıq olmasını da bizə deyir. Insanı özünü öldürmək dərəcəsinə çatdıran nədir,hansı problem onu buna vadar edir? Bizim ölkədə bu sosial problemlərdən doğan hərəkətdi,azğınlıqla,özbaşınalıqla başa çıxa bilməyən ölkə insanı çıxış yolunu özünəqəsddə görürsə…. Bir ölkədə insanın hər şeydən şirin,qiymətli olan canına qıyması daha nələrdən xəbər verir…

defn

Bu gün Azərbaycan insanı sosial problemlər içində boğulur, hüquq anlayışı artıq öz mənasını itirib,rüşvət və korrupsiya adiləşib,yaşamımızın bir “parçasına” çevrilib, rüşvətsiz hansısa bir işin həll olunacağına kimsə inanmaz,ölkədə elə bir vəziyyət yaranıb ki, vətəndaş artıq ac qarnını doyurmaqdan başqa heç nə düşünmür,işsizlik baş alıb gedir.Düşünən beyinlər əlacı ölkədən getməkdə görür,İş tapmaq arzusu ilə gənclər ölkəni tərk edir. Bu ölkədə adamlar artıq hansısa vəzifəyə təyin olunanda ordakı əmək haqqı ilə yox,alacaqları “gəlirlə”- rüşvətlə maraqlanırlar.Əhali aclıq,səfalət içində yaşayır.Bu ölkə hansısa heç bir yeraltı sərvəti olmayan bir ölkə deyil, qara qızılı olan,qara günlü Azərbaycandır. Qarabağ qazisinin özünü yandırmağa qədər gəlib çıxması ölkədəki durumu güzgü kimi göstərir,hökumətin iyrənc siyasətinin nə olduğunu təsdiqləyir.Fiziki cəhətdən sağlam bir insanın yaşaması çətin olan bir ölkədə hansısa bir əlil olmuş,psixoloji travm almış birinin yaşamasının nə qədər çətin olmasını təsəvvür etmək o qədər də çətin deyil. Qarabağ qazisinə göstərilən “qayğı” əslində hakimiyyətin Qarabağa olan münasibətidi, Qarabağı yaddan çıxartmaq,Qarabağı yaddaşlardan birdəfəlik silmək! Qarabağ mövzusu artıq bu ölkədə qapadılmış bir mövzudur,onun uğrunda döyüşənləri isə yada salan belə yoxdu,acı da olsa gerçəkdi,Qarabağ adını biz ancaq televiziyada hava haqqında məlumatda eşidə bilərik .Qarabağ məsələsi bu gün prezident üçün dara düşəndə “müharibə şəraitində yaşayırıq,torpaqlarımız işğal altındadır” deyib qüsurlarını və səhvlərini gizlətmək üçün istifadə edtiyi bir sözdən başqa bir şey deyil. Bu gün Qarabağ döyüşçüsü dövlət tərəfindən ona verilən otuz yeddi manat puldan başqa heç bir güzəştə malik deyil.Bu otuz yeddi manat pul isə o qədər dəyərsizdir ki,onu alçaltmaqdan başqa bir işə yaramır. Bəli,Qarabağ döyüşçüsü özünü yandırdı və onun pozulmuş hüquqları ilə hökumət maraqlanmağa başladı,bu da elə-belə olmadı,yuxarıda qeyd etdiyimiz kimi, səs-küy yaranmasından qorxan hakimiyyət özünə qəsd edən döyüşçünü yada salmağa məcbur oldu. Bəs görəsən ölkədə yaşayan bütün hüquqları pozulmuş adamlar öz hüquqlarını qorumaq üçün özünümü yandırmalıdır? Əlbəttə ki, yox. Necə olur ki, o boyda Qarabağ uğrunda döyüşən birinin çayxanası sökülür,amma döyüşlər gedən zaman ölkədə olmayan, barlarda kef çəkənlərin villaları hər yerdən az qala adamın gözünə girir? Bumu ədalət? (Bağışlayın,ədalət sözünün artıq işlənmədiyini unutmuşdum) Qarabağdan bizə qalan qazilərimizdi,öz sağlamlıqlarını döyüşlərdə itirmiş qazilərimiz,onları da sosial problemlər məngənəsində boğula-boğula itiririk… Qarabağ qazisi öldü, bizdə insanlar təkcə cismani ölmür, bu rejimin altında ruhən ölür,axırda da cismani ölümü gerçəkləşdirirlər. Bizdə vətənpərvərlik hislərini ayaq altına atan bir hökumət var.Nə qədər ki,bu hakimiyyət var,bizdə özünü yandıranlar da,damdan atanlar da hələ çox olacaq.

Samirə Elmanqızı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button