ArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər
Yenilməz sərkərdə, şəhid Qasım Süleymani

Dünya tarixində iz qoyan, fərqlənən çoxlu sərkərdələr haqqında eşitmiş, oxumuş və zamanımızda görmüşük, həm də müxtəlif səriştə və bacarıqlarına, hərbi-taktiki və strateji məqamlarına, vətənlərinə və xalqlarına sədaqətlərinə, bu yolda canlarından belə keçməyə hazır olduqlarına görə fərqli sərkərdələr. Onların bəziləri istila, soyğunçuluq, qətliam, işğalçılıq niyyətləri, bəziləri də sadəcə bir qrupun, bir ordunun başında duran sərkərdə kimi qarşı tərəglə vuruşmuş, ya məğlub, ya da qalib olmuşdur.
İran İslam Respublikası İnqilab Keşikçiləri ordusunun Qüds qüvvələrinin komandanı və rəhbəri Qasim Süleymani isə saydığım əlamət və xarakterinə görə müxtəlif mövqeli həmin sərkərdələrdən tam mənası ilə fərqli bir rəhbər, yenilməz bir komandan idi. O, ilk növbədə qoxmazlıq, cəsarət və şücaət, ulu şəhadət məktəbini keçmişdi. Süleymani fərqli sərkərdə kimi bütün varlığı ilə Allaha sidqən və fitrətən bağlı bir qeyri-adi şəxs idi. İmam Hüseynin (ə) Kərbəla vaqeəsinin və Şəhadət məktəbinin nümunəvi tələbəsi və o müqəddəs ruhiyyəni öz vücudunda daim daşıyan sərkərdə Qasım Süleymani hərbi-siyasi fəaliyyətini yalnız öz şəxsi və adı altında əlamət kimi deyil, Allahın təqdiri müqabilində və ondan sonra da islamda daşınacaq keyfiyyət kimi yerinə yetirirdi. Onunçun şəxsi niyyət və bacarığından çox ölkənin Ali Rəhbərinin niyyət və zəruri istəkləri idi vektor oxu. O, həyatı və fəaliyyəti boyu bu istiqamətdən zərrə qədər yayınmamış və hər zaman ali istəklərə müvəffəq olmuşdur.
Qasım Süleymani ilk döyüş məktəbini vaxtilə bütün bölgəni lərzəyə salan və təzyiq altına alan 80-ci illərin İran-İraq müharibəsində keçsə də, sonralar ölkəsinin təhlükəsizliyinə rəğmən hərbi-siyasi taleyinin müəyyənləşməsində ardıcıl fəaliyyəti ilə önəmli, danılmaz rol oynadı. Bütün dünyada olduğu kimi İranın da təhlükəsizliyi təkcə ölkə sərhədlərinin müdafiəsi ilə təmin oluna bilməzdi. Tarix və son illərin baş verən hadisələri bunu bir daha sübut etdi. Məhz Qasım Süleymaninin birbaşa iştirakı ilə təxminən son on ildə İraq, Livan, Qəzza, Suriya və Yəməndə ölkəsinin fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi düşmən qüvvələrin törətmək istədikləri qlobal fəlakətlərin qarşısı alındı.
Qasım Süleymaninin hərbi fəaliyyəti dövründə Əfqanıstandan Taliban, Səudiyyə və Pakistandan Əl-Kaida, İraqda yerləşdirilən İŞİD terror qruplşmalarından nəinki İrana, bütün bölgə ölkələrinə, qonşu dövlətlərə və ümumən dünyaya yayıla biləcək böyük fəlakətlərin dəf edilməsi tarixin ən yaddaqalan səhifələridir. Sözsüz ki, artıq bütün araşdırmaların nəticəsi olaraq sübut olundu ki, sadalanan bu beynəlxalq terror təşkilatlarının və demək olar ki, İŞİD kimi terrorçu ordunun təşkilatçısı, himayədarı, təlim və təminatçısı başda Amerika və İsrail olmaqla, Fransa, Səudiyyə Ərəbistanıdır. Bütün bunlara rəğmən yenilməz sərkərdənin rəhbərlik etdiyi qüvvələrin Əfqanıstan və Pakistan sərhədlərində, Livan, İraq və Suriyada kimlərlə vuruşduğunu təsəvvür etmək mümkündür.
Qasım Süleymaninin varlığını, hərbi-siyasi fəaliyyətinin davam etməsini bu qütblər heç vəchlə həzm edə bilmir, onun aradan götürülməsini ciddi cəhdlə planlaşdırırdılar. Sonda bu beynəlxalq hərbi cinayət planının müəllifi və icraçısı Amerika Birləşmiş Ştatları oldu. Terroru dövlət səviyyəsində icra edən ABŞ ordusunun həyata keçirdiyi hücum nəticəsində 2019-cu ilin yanvar ayının 3-də İraqa rəsmi səfər edən Qasım Süleymani Bağdadda şəhid edildi. Qəhrəman sərkərdənin şəhadəti düşmən üzərində qələbənin son akkordu idi.
Amma məncə İslam və müsəlman ümmətinin işğalçı, istismarçı, terrorçu, qəsbkarlar üzərində Qasım Süleymaninin şəhadəti onun son qələbəsi deyildi. Qasım Süleymaninin cəsarət və şücaət nümunəsini yaşadanlar, şəhadətinin alovu ilə düşməni yandırıb yaxacaq neçə-neçə döyüşlərdə qələbəyə imza atacaqlar. Qarabağ Vətən savaşında biz müzəffər Azərbaycan əsgərlərindən düşməni heyrətdə qoyan və sarsıdan məhz Qasın Süleymani döyüş ruhiyyəsinin şahidi olduq. Bu gün İslam aləmi ali şəhadət məqamına yüksələn şəhidlərimizə rəhmət oxuyur.
İran İnqilab Keşikçiləri ordusu Qüds Qüvvələrinin şəhid rəhbəri Qasım Süleymaninin şər qüvvələrlə mübarizə tarixi yaddaşlara əbədi həkk olunacaq, onun bacarıq və qəhrəmanlıq nümunəsi əxz edilərək müzəffər əsgərlərə bundan sonra da neçə-neçə qələbə qazandıracaq.
Allah Qasım Süleymaniyə, bütün şəhidlərimizə rəhmət eləsin!
akif.heyderli