ArxivXəbər lentiXəbərlər
Yerevanda “Çörək çatdıranı” anma yürüşü keçirilir

Yerevanda Dəmirçyan adına İdman-konsert kompleksinin yanındakı ərazidən “Sasna Tsrer” silahlı qrupuna “çörək çatdıran” Artur Sarkisyanın xatirə yürüşü başlanıb.
Qafqaz.ir bildirir ki, bu barədə Novosti Armeniya agentliyi xəbər yayıb.
Aksiyanın iştirakçıları “San Lazar” ayin zalına tərəf (Lukaşina, 152) yönəliblər. Orada saat 18:00-də Sarkisyan üçün cənazə duası oxunub. Təntənəli yürüşün iştirakçılarının əllərində güllər, çələnglər, “çörək çatdıranın” şəkilləri və plakatlar olub.
Cənazə duasından sonra – saat 19:00-də Azadlıq meydanında şam yandırma mərasimi başlayıb.
Artur Sarkisyanın dəfni 22 martda Şaumyan qəbiristanlığında olacaq.
Virtualaz.org