ArxivXəbər lentiXəbərlər

Lənkəranlı ruhaniyə məhkəmədə hökm oxundu – FOTO

Bu gün ötən il Nardaran hadisələrdən sonra Lənkəranda saxlanılan ruhani İsayev Qismət Zabitxan oğlunun məhkəməsi keçirilib.

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Maide.Az-a ruhaninin yaxınları məlumat verib. Məlumata görə, məhkəmənin qərarı ilə ruhani Q.İsayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ruhani Qismət İsayev 19 aprel 2016-cı ildə Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən keçirilmiş xüsusi əməliyyatdan sonra həbs edilib və barəsində cinayət işi açılıb. Yaxınlarının bildirdiyinə görə, ruhani Q.İsayev cinayət məcəlləsinin 6 maddəsi – 228.1-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 159.3,154, 444, 448, 452 maddələri ilə – ittiham olunaraq məhkum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button