Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun rəhbəri Pavel Manukyan həbs edilib.
qafqaz.ir-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu P. Manukyanın vəkili İnessa Petrosyan açıqlayıb.
Məhkəmə P. Manukyan barədə 2 ay həbs qərarı verib və bu müddət ərzində məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanada saxlanılacaq. Erebunidəki tibbi mərkəzdən məhkəmə zalına xərəkdə aparılan P. Manukyan məhkəmədə deyib ki, hər hansı şəxsi ambisiyası yoxdur. O, oğlunun da həyatını təhlükə altına qoyaraq xalqının gələcəyi üçün polis binasının zəbt edilməsi ilə əlaqədar addımı atdığını bildirib.