Xəbərlər

DQ haqqında ABŞ səfirinin gülməli sözü

ABŞ-ın Bakıdakı səfiri gülüş doğuran bir sözdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli asan məsələ olsaydı, ABŞ bunu edərdi!

Azərbaycan Dövlət İqtisadi Universitetin tələbələri ilə görüşdə Riçard Morninqstar deyib : “Əsas problemlərdən biri odur ki, həm Azərbaycan, həm də Ermənistan böyük güclərin, böyük dövlətlərin, xüsusilə ABŞ-ın daha çox səy göstərməsini gözləyir”
Səfir ümidvar olduğunu bildirib ki, prezidentlərin yaxın vaxtlarda baş tutacaq görüşündə hər iki ölkə başçısı bu problemi həll etmək və konkret məsələlərlə bağlı razılığa gəlmək üçün qərar qəbul edəcəklər.

ABŞ tərəfindən Dağlıq Qarabağa hər il maliyyə yardım göstərilməsi ilə bağlı suala cavabında R. Morninqstar bildirib ki, bu, Konqresin mandatına uyğun olaraq həyata keçirilir və bu yardım ancaq humanitar məqsədlidir: “Həm də burada söhbət böyük məbləğlərdən getmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button