Yevlaxda İmam Zamanın (ə.f) mövlud tədbiri keçirilib

Yevlaxda da dünən 12-ci İmamın (ə.f.) mübarək Mövlud tədbiri qeyd edilib.Tədbir Qurani-Kərimin tilavətilə başlayıb. Quran oxunuşdan sonra sıra ilə Fərəc duası və Azərbaycan Dövlət Himni oxunulub.Çıxış edən ruhanilər dünya müsəlmanlarını və azərbaycanlıları mübarək Mövlud günü münasibətlə təbrik ediblər. Onlar çıxışlarında İmam Zaman(ə.f.)-u tanımağı, öz vəzifələrini bilib əməl etməyi, Onun(ə.f.) zühuru üçün çalışmağı vurğulayıblar.
Tədbirdə bir neçə müsabiqə təşkil edilib. Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr verilib. Ən böyük hədiyyə isə 2 iştirakçıya nəsib olan Müqəddəs Məşhəd Ziyarəti olub.Tədbirdə diqqət çəkən məqamlardan biri Hacı Tale Bağırovun oğluna verilən sual olub.Belə ki, narkotiklə şərlənərək 2-ci dəfə həbs edilən mübariz ruhani Hacı Talenin oğlu ona verilən “ böyüdükdə kim olmaq istəyirsən?” sualına “hizbullahçı” (Allahın dəstəsində olan şəxs) deyə cavab verməsi hər kəsin diqqətini cəlb edib.Mübarək mövlud tədbirində ilahi nəğmələr, surudlar oxunub, şeirlər deyilib və ehsan süfrəsi təşkil edilib.Tədbirin sonunda dünyada haqsızlığa son qoyulması, Qarabağımızın azadlığı, günahsız yerə həbs edilən möminlərin zindanlardan azad edilməsi, xəstələrin şəfa tapması barədə dualar edilib.Mübarək Mövlud tədbiri Fərəc duasının oxunması ilə sona çatıb.(İslamazeri)