AktualAktualArxivXəbər lentiXəbərlər
Yezidi kürd ailələri Qarabağda yerləşdirilir

Yığılan pulun əhalinin məskunlaşdırılması üçün istifadə ediləcəyi söylənilib.
Yezidi kürdlərin Dünyada və Ermənistandakı İttifaqı Qarabağda İraqın şimalından gətirilmiş 200 yezidi kürd ailəsini məskunlaşdırmağa hazırlaşır.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə təşkilatın sədri Əziz Tamoyan çıxış edib.
O, qondarma Dağlıq Qarabağ qurumunun separatçı rəhbərliyinin bu köçürülməyə razılıq verdiyini və kürd ailələrə kömək edəcəyini bildirib. Tamoyan həmçinin kürdlərin Ermənistanda yaşadığı müxtəlif bölgələrdən pul toplandığını, onların əhalinin məskunlaşdırılması üçün istifadə ediləcəyini söyləyib.