ArxivXəbər lentiXəbərlər

Türkiyənin cənub-şərqində 4 mülki öldürülüb

Türkiyə hərbçilərinin bu ölkənin cənub-şərqində PKK qüvvələri ilə toqquşmasında 4 mülki öldürülüb.

Uorld Bulleten xəbər portalının məlumatına görə, Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, Türkiyə hərbçilərinin bu ölkənin cənub-şərqində yerləşən Şirnak şəhərində PKK qüvvələri ilə döyüşdüyü məkanda olan bir qrup sivil toqquşma məkanından uzaqlaşmağa müvəffəq olmayıb.

Türkiyənin təhlükəsizlik rəsmiləri Şirnakda daha üç nəfərin yaralanmasına toxunaraq, bildiriblər ki, həlak olanların biri yardım avtomobilinin sürücüsü olubdur.

Ötən iki ayda Türkiyənin dövlət qüvvələri ilə PKK qüvvələri arasındakı döyüşlərin yenidən başlanmasından sonra Türkiyənin hərbi qüvvələrindən yüzdən çox hərbçi öldürülüb. Döyüşlər iyul ayından bərpa olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button