ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Zəngilanla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək

İran ərazisindən keçməklə Zəngilanla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək.
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, bununla bağlı oktyabrın 6-da Bakıda baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb.
Qeyd olunur ki, iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edilib.