ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “Ərdoğan rejiminin iflası artıq şəksizdir”

Türkiyədə son zamanlar kifayət qədər aktiv proseslər cərəyan edir. Bu proseslərin Türkiyəni hansı istiqamətə aparacağını isə yaxın gələcəkdə müəyyən olunacaq. Türkiyədə bir çox sosial şəbəkələrə girişin qadağan edilməsi çox ciddi mövzu kimi müzakirəyə çıxarılıb. Belə ki, Türkiyədə “WhatsApp”, “YouTube”, “Facebook” və “Twitter” sosial şəbəkələri bağlanıb.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, hökumət cəmiyyətdən müəyyən pozitiv mesajlar, impulslar alırsa, səmərəli işləyə bilər: “Ərdoğan hakimiyyətinin son vaxtlar atdığı addımlar təbii ki, kifayət qədər birmənalı qarşılanmayan addımlardır. Bu addımların Türkiyəni vətəndaş müharibəsi həddinə gətirib çıxardacağını düşünmürəm. Amma bu durum Türkiyə üçün o qədər də rahat həzm edilə biləcək durum deyil. Bu addımlar, hökumətin verdiyi qərarlar Ərdoğan rejiminin səmərəsini kifayət qədər azaldacaq. Hər hansısa bir dövlət, hökumət öz iqtidarını davam etdirmək üçün mütləq bəzi zəruri məsələlərə ehtiyacı var. Bu zəruri mövzulardan biri də hökumətin xalqdan aldığı müsbət impulslardır. Hökumət cəmiyyətdən müəyyən pozitiv mesajlar, impulslar alırsa, səmərəli işləyə bilər. Bir insanın beyninə söykənən cəmiyyət iflasa məhkumdur. Ərdoğan rejiminin iflası artıq şəksizdir. Təbii ki, bu iflasın reallaşması müəyyən zaman kəsiyini əhatə edəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button