ArxivXəbər lentiXəbərlər
Zərdüşt Əlizadə: “İŞİD-in Avropada törətdikləri partlayışlar məğlubiyyətlərinin ərəfəsidir”

u gün İŞİD Yaxın Şərqdə sıxışdırılır. Artıq İraq və Suriyada İŞİD-in dayaq nöqtələri məhv edilməkdədir. Amma buna rəğmən İŞİD Avropada vəhşiliklərini davam etdirməkdə israrlı görünür. Bu günlərdə Fransa hökuməti yeni terror hadisələrinin ola biləcəyi anonsalarını verdi. Bəzi ekspertlərin fikrincə İŞİD Yaxın Şərqdəki məğlubiyyətinin əvəzini Avropadakı partlayışlarla çıxmaq istəyir. Bu baxımdan İŞİD üzvlərinin Avropanın müxtəlif məkanlarında terror törətmək üçün fəaliyyətə keçməsi riski çox realdır.
Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, İŞİD zatən məhvə məhkum bir marginal qrup idi: “Heç bir quruculuq proqramı olmayan, insanlara müsbət həyat vəd edə bilməyən bir təşkilat orta əsr əhkamları ilə bir dövlət qurmaq istəyir. Bu dediklərini isə bütün bəşəriyyət inkar edir. Bunların bu vaxta qədər qalmaqlarının səbəbi də hansısa dövlətlərin maliyyə qurumlarının verdikləri vəsaitlərdir. Bu baxımdan da İŞİD müəyyən müddət dirçələ bildi. Əgər verilən dəstək bu gün kəsilirsə deməli bu terror qruplaşmasının da sonu yaxınlaşır. Avropaya İŞİD-in ayaq açması çox müvəqqəti olacaq. Ümumən Avropada cüzi sayda radikal islamçı var. Müsəlmanların çoxu Avropada Qərb mədəniyyətinə uyğunlaşıb. Avropada yaşayan müsəlman dərs oxuyur, elm öyrənir, özü üçün həyat qurur. İŞİD-in ümumi planı bu idi ki, Yaxın Şərqdə və Avropada Qərblə mübarizə aparsınlar. Nəticədə də Qərbi geri çəkilməyə məcbur etsinlər. Amma bu gün reallıq tam fərqli mənzərəni göstərir. İŞİD Yaxın Şərqdə məğlub olur. Avropada da törətdikləri partlayışlar onların məğlubiyyətinin ərəfəsidir”.