ArxivXəbər lentiXəbərlər

Ramzan Kadırov: “Nemtsovun ölümü Qərb Xüsusi Xidmət Orqanlarının işidir”

“Boris Nemtsovun ölümü Qərb Xüsusi Xidmət Orqanlarının işidir”
Qafqaz mədəniyyat mərkəzi-ın “regnium”-a istinadən verdiyi xəbərə görə, Çeçenistan prezidenti əminliklə bildirib ki, Boris Nemtsovun qətlini Qərb Xüsusi Xidmət Orqanları  təşkil edib. Rusiyada daxili sabitliyi pozmağa hər yolla çalışan Qərb Kəşfiyyatı bu yolla Rusiya daxilində qarşıdurma yaratmaq istəyir. Bu bəyanatla Ramzan Kadırov  “İnstagram” sosial şəbəkəsinin şəxsi hesabında çıxış edib. Ramazan Kadırov: “Qətlin təşkilatçıları ümüd edirlər ki, Nemtsovun ölümündən sonra bütün dünya hakimiyyəti ittiham edəcək və ölkədə etiraz dalğası baş verəcək. Heç bir şübhə yoxdur ki, Nemtsovun qətlini Qərb Xüsusis Xidmət Orqanları təşkil edib. Rusiyada daxili sabitliyi pozmağa hər yolla çalışan  Qərb Kəşfiyyatı bu yolla daxili münaqişəyə nail olmaq istəyir. Bu onların təcrübəsidir. Öncə insanı cəlb edib  Amerikanın və Avropanın dostu deyirlər, sonra da onu qurbana çevirib bu yolla siyasi hakimiyyəti ittiham edirlər”. Qeyd edək ki, Boris Nemtsov fevralın 28-də Moskva vaxtı ilə 23:15 də “Bolşoy Moskvoreçkiy” körpüsündə açılan atəş nəticəsində qətlə yetirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button