ArxivIslamXəbər lentiXəbərlər
Zərif: İran 300 kg zənginləşdirilmiş uran həddini keçib

İran İslam Respublikasının xarici işlər naziri avropalıların nüvə anlaşmasındakı öhdəliklərinin yerinə yetirilməsindəki sədaqətsizliklərinə işarə edərək, deyib ki, İran nüvə anlaşmasının 36-cı maddəsinə əsasən, 300 kiloqram zənginləşdirilmiş uran həddini keçibdir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün müxbirlər qarşısında əlavə edib: İran öncədən elan etdiyi proqram əsasında çox şəffaf və açıq şəkildə nüvə anlaşmasındakı öhdəliklərini azaldacaqdır.
Zərif əlavə edib: İran nüvə anlaşmasındakı öhdəliklərinin azaldılması üzrə növbəti mərhələdə 3,67 faizlik zənginləşdirmə həddini keçəcəkdir.
İranın xarici işlər naziri belə qeyd edib: Avropalıların öz öhdəliklərinin icrası üçün lazım olan addımları atacaqları təqdirdə, Tehranın addımları geridönəsidir, yox əgər lazımi tədbirləri görməzlərsə, İran nüvə anlaşmasının 36-cı maddəsinə əsasən, öz öhdəliklərini azaldacaqdır.