ArxivXəbər lentiXəbərlər

İŞİD-in “Adana əmiri” tutuldu

Adanada polis Konyanın Məram ilçəsində ölü olaraq ələ keçirilən İŞİD terrorçuları ilə əlaqəli olduğu müəyyən edilən 5 nəfəri həbs edib. Şübhəlilərdən Əbubəkir Manazın terror təşkilatının “Adana əmiri” olduğu bildirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, keçən həftə Konyanın Məram ilçəsində polisin keçirdiyi əməliyyatda ölü olaraq ələ keçirilən Adanalı Furqan Turan ilə Müslüm Ceylanın İŞİD-in “Meydan Qrupu”nun üzvü olduğunu müəyyən edildiyi zaman Adanadakı əlaqələri də araşdırılıb.

Mərkəz Seyhan ilçəsində müəyyən edilən 10 ünvana xüsusi təyinatlı polislərinin də dəstəyi ilə Təcili basqın edən polislər qapıları sındıraraq evlərə girib. Edilən basqınlarda İŞİD-in “Adana əmiri” kimi tanınan Əbubəkr Manaz ilə Əbdülkərim Ürək, Əli Yosunkaya, Məhməd Əli Akqoyun, Dövran Ersü nəzarətə alınıb.

Təşkilat üzvlərinin xüsusilə Quran kurslarında radikal söhbətlər edərək təşkilat təbliğatı aparıb İŞİD-ə kadr verdikləri müəyyənləşdirilib. Polisdəki sorğularının ardınca ədliyyəyə aparılan Manas, Ürək, Yosunkaya və Akqoyun həbs olunub, Ersü isə ev həbsi cəzası ilə sərbəst buraxılıb.

Digər tərəfdən, Konyadakı əməliyyatda öldürülən 2 İŞİD üzvünün isə Adanada dəfn edildiyi öyrənilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button