ArxivXəbər lentiXəbərlər

Əsirlərin Şama yola düşməsi və Peyğəmbər (s) övladları ilə zalimanə rəftar

Çox ağır olsada qeyd edək ki,bu gün məhərrəm ayının 15 əsirlərin Yezid xilafətinin paytaxtı Şam şəhərinə yola düşməsi günüdür. O məlunların bu cür rəftarı Peyğəmbər (s) və Hz.Əli ilə (ə) şəxsi düşmənçilikdən və öz hakimiyyət sevdasından irəli gəlirdi.

İslaminSesi.info– Ağır olsa da, mühüm tarixi və idoloji bir məsələ olduğu üçün bu hadisəyə toxunuruq. Əhli Beytin əsir olaraq əlləri zincirli halda piyada yaxud yəhərsiz dəvələrdə Kufədən Şama qədər aparılması bu ailəyə qarşı qatı düçmənçiliyin bariz nümünəsidir. Yəni artıq onların arasında bir əskər, bir döyüşçü yox idi ki bu cür rəftar olunurdu. Bu artıq şəxsi kin-küdurətin göstəricisi idi. İmam Zeynul Abidin (ə) buyurur:

 

“ Şəm səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).

 

Bütün bunlardan daha acı olanı şəhidlərin kəsik başlarının nizələrə taxılıb düz onların yanları ilə aparılması idi. Nə qədər qadın-uşaq öz ərlərinin, övladlarının, atalarının nizəyə taxılmış başına baxmaq məcburiyyətində idilər.

 

Bu gün neçə gün Kufə zindanında saxlanılmış Peyğəmbər (s) balaları əsir olaraq Şama yola düşdülər.

 

Bu cür rəftar lənətlənmiş ağac olan Bəni Uməyyənin Peyğəmbər (s), Həzrəti Əli (ə) və ailəsi ilə köhnə düşmənçiliyinin göstəricisi idi. Müaviyyə və Yezid tərəftarı olan bəzi insanlar İmam Hüseyni (ə) xəlifəyə qarşı qiyamda ittiham edirlər. Əgər elədirsə (Allaha pənah) Peyğəmbər(s) nəvə-nəticələri ilə, Fatimə(ə) balaları ilə bucür rəftar nəyə lazım idi?

 

O məlunların bu kimi işləri Peyğəmbər (s) və Hz.Əli ilə (ə) şəxsi düşmənçilikdən və öz hakimiyyət sevdasından irəli gəlirdi.

 

Y.Nuriyev

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button