“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. “Report” xəbər verir ki, İran bankı ziyanın ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, İranın nəhəng banklarından olan “Bank Melli İran” 87 ildir fəaliyyət göstərir. Bankın dünyada 3300 filialı var. “Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.