MN: “Ermənistan təxribatı nəticəsində yaranmış gərginlik davam edir”.

Qafqaz Həqiqətləri xəbər verir ki, hal-hazırda Ermənistanla Azərbaycan arasında davam edən qarşıdurma haqqında Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:
“11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib”.
Hər iki tərəfdən çoxlu sayda itkinin olduğu bildirilir.
Azərbaycan artilleriyası hazırda münaqişə zonasında olan əraziləri atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyindən sonra Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb:
“Bakı minaatanlardan istifadə etməklə bu istiqamətdə təxribat xarakterli hərəkətlərini davam etdirir. Ermənistan silahlı qüvvələri bütün lazımi müdafiə tədbirlərini həyata keçirir”.