ArxivXəbər lentiXəbərlər

Azər Qasımlı: “Türkiyə, Rusiya və Azərbaycan avtoritar üçlüyü yarana bilər”

Bu gün Türkiyədə baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Belə ki, Türkiyədə baş verən həbslər və təqiblər Qərbin və ABŞ-ın maraqlarına xidmət etmir. Bəzi ekspertlərin fikrincə isə Türkiyə siyasi gedişlərində ciddi dəyişiklik etmək fikrindədir. Rusiya ilə münasibətlərin inkişafı istiqamətində Türkiyədə ciddi səylərin olduğu hiss edilir. Bu baxımdan da bir çox Qərb rəsmiləri Türkiyəyə səfərlər edirlər. Bir çox ekspertlərə görə Ərdoğan hakimiyyəti bu gün Türkiyənin gələcək istiqamətini təyin etmək üçün seçim qarşısındadır.

 Qasımlı Türkiyə seçimini çoxdan edib: “Türkiyə NATO-ya üzv olduğu zaman bu seçimini edib. Artıq bu seçimin üzərindən 50 ilə yaxın vaxt keçib. Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir. Türkiyə ABŞ və NATO-nun Yaxın Şərqdə əsas müttəfiqlərindəndir. Türkiyə ordusu gücünə görə NATO 2-ci ordusudur. “İncirlik” hərbi bazasında NATO-nun hidrogen bombalarının 30%-i yerləşir.

Bu baxımdan Türkiyənin hərbi siyasi kursunu dəyişib Rusiyaya yaxınlaşması o qədər də asan olmayacaq. Düzdür bu istiqamətdə müəyyən işartılar var. Əvvəllər də Türkiyə-Rusiya münasibətlərində müəyyən yaxınlaşmalar var idi. Məsələn, Türkiyə Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmadı. İki ölkə arasında “Türk axını” layihəsi var. Bu layihə çərçivəsində Rusiya qazının Türkiyə üzərindən dünya bazarına çıxarılması istiqamətində işlər gedir. Eyni zamanda iki ölkə aralarındakı iqtisadi əlaqələri daha da möhkəmləndirə bilərlər. Cənubi Qafqaz regionunda yaxın siyasət də yürüdülə bilərlər.

Amma ümumi olaraq götürdükdə bu iki ölkənin strateji əməkdaşlıq edəcəyi gözlənilə bilməz. Ən azı indiki mərhələdə bu mümkün deyil. Çünki, Türkiyə NATO-nun üzvüdür. Ərdoğan hakimiyyəti NATO-dan çıxmaq qərarı versə çox ciddi çətinliklərlə üzləşəcək. Əslində Türkiyə də NATO-nun özünə lazımdır. Yəni onu demək olar ki, Türkiyənin hər hansısa bir seçim etməsi aktivləşən gündəmdə deyil. Amma Rusiya ilə daha yaxın münasibətlərdə ola bilər. Bu məsələ sözsüz ki, gündəmdədir. Məncə Ərdoğan hakimiyyəti bu haqda ciddi şəkildə düşünür. Ərdoğan son olaylardan sonra tək hakimiyyətlilik qurmaq istəsə sözsüz ki, Rusiya ilə daha sıx münasibətlərə can atacaq. Hətta regionda bir avtoritar üçlük də yarana bilər. Bu avtoritar üçlük Türkiyə, Rusiya və Azərbaycan üçlüyü ola bilər. Amma bu da təbii ki, Ərdoğanın verəcəyi qərarlardan asılı olacaq. Bu isə o qədər də asan bir proses olmayacaq”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button