ArxivIslamXəbər lentiXəbərlər
Millət vəkilindən hicab qadağasına etiraz – Milli Məclisdə başını bağladı

Bissmann vurğulayıb ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur
Avstriyalı millət vəkili Martha Bissmann hicaba qadağaya etiraz edərək Avstriya Milli Məclisində hicab taxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Martha Bissmann Milli Məclis kürsüsündə başını örtərək, “Baş örtüsü taxdım, indi fərqli insan oldummu? Bəli, mənə baxın, sizcə, nə dəyişdi? Hələ millət vəkili sayıla bilərəmmi? O azad, feminist və məzhəbə bağlı olmayan qadın sayıla bilərəmmi? Müsəlman qadınlardan çox şey öyrənə bilərik” ifadələrini işlədib.
Hökumətin hicab qadağasının təməl dəyərlərlə ziddiyyət təşkil etdiyini vurğulayan Bissmann deyib ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur.