Xəbərlər

“Şahdəniz-2” Azərbaycana nə vəd edir?

Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının “XXI əsrin layihəsi” olacağına və bu layihənin Avropanın enerji xəritəsini dəyişəcəyinə əminlik bildirib.

Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində prezident İlham Əliyev həmçinin 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında imzalanan strateji əməkdaşlıq haqqında memorandumun, 2012-ci ildə Türkiyə ilə imzalanan Trans-Anadolu qaz kəməri layihəsinin, o cümlədən Trans-Adriatik layihəsinin əhəmiyyətindən danışıb və deyib : “Şahdəniz 2” layihəsinin icrası nəticəsində Azərbaycanın davamlı iqtisadi inkişafının və beynəlxalq əməkdaşlığın təmin olunacaq.”
Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” kimi tanınan neft sazişini də əhəmmiyyətli sayıb.
İqtisadçı ekspert Qubad İbadoğlu dekabrın 17-də imzalanan “Şahdəniz-2” layihəsi üzrə müqavilənin barəsində deyib : “Azərbaycan hakimiyyəti üçün qaz daha çox siyasi məsələdir.”

Qubad İbadoğlu bildirib ki, bu layihə ilə Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə imkan veriləcək və bu layihələr birlikdə, həmçinin Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. Bugünkü qərarla 9 Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə “Şahdəniz” qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənir.”
Ekspert əlavə edib : “Görəsən, bu xəbəri soyuqdan əsə-əsə oxuyan və illərlə qaz həsrəti çəkən Azərbaycan vətəndaşı nə düşünür? Əgər bu qaz ixracatından heç olmasa dövlət büdcəsi, Dövlət Neft Fondu əməlli-başlı qazansaydı, mən onlara təsəlli verərdim, deyərdim ki, dözün, yaxşı olacaq. Amma hətta rəsmi proqnozlar da göstərir ki, Azərbaycan qazın satışından növbəti 10 ildə ən yaxşı halda minimum 12,3 (orta illik 1,12) milyard dollar, maksimum isə 15,6 (orta illik 1,41) milyard dollar qazanacaq. Bu isə həmin dövr ərzində eyni qiymət ssenarisi üzrə neftdən əldə ediləcək gəlirlərin heç 10 faizini də təşkil etmir.”
Qubad İbadoğlu əlavə edib : “Deməli, Azərbaycan hakimiyyəti üçün qaz daha çox siyasi məsələdir. Bəs Azərbaycan cəmiyyəti və istehlakçısına bu iki vacib resursdan hansı fayda gələcək? Benzinin bahalaşdığı, ardınca ərzaq qiymətlərinin artdığı indiki dövrdə bu, əlavə xərcin yaranması; vətəndaş cəmiyyətinə təzyiqlərin artdığını, və qanunvericiliyə QHT-lərin fəaliyyətini çətinləşdirən yeni əlavə və dəyişiklərin edilməsini də nəzərə alsaq, azadlıqların məhdudlaşması deməkdir.”

1173EAF1-946A-4487-9D3E-43037637EF4E_mw1024_n_s

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button