Rəsmi bakının İran vətəndaşlarından yeni bacalması

Azərbaycan Respublikası bu respublikaya səfər edən iranlı müsafirlərə əzab-əziyyət verməsinin davamında bu dəfə yeni bir bəhanə ilə hətta qanuni vizaya malik olan müsafirlərdən üç yüz manat cərimə alır.
Fars xəbər agentliyinin məlumatına görə, son zamanlar Azərbaycan Respublikasına səfərdən geri dönmüş bir qrup iranlı müsafir bildiribdir ki, qanuni vizaya malik olması və qanuni müddətdə Azərbaycan Respublikasından çıxmasına rəğmən, üç yüz manat cərimə verməyə məcbur olubdur.
Bu müsafirlərin sözlərinə görə, Azərbaycan Respublikası Mühacirlər İdarəsi bir qanun tətbiq edibdir ki, hər bir müsafir bu ölkəyə daxil olduğu ilk gündə mühacirət idarəsinə və ya elan olunmuş mərkəzlərə müraciət edərək, öz məskunlaşdığı məkanı qeydə aldırmalıdır.
Bu qəribə qanunun tətbiq olunması elə bir şəraitdədir ki, Azərbaycan Respublikasının vizasını almaq istəyənlərin məskunlaşdıqları məkan bu ölkənin konsulluqları tərəfindən viza verilərkən soruşulur və alınır. Eyni zamanda dünyanın əksər azad ölkələrində turist vizaları almaq istəyənlər və turistlər üçün belə bir qanun mövcud deyildir.
sahartv