AktualAktualArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fədakarlara və Konstitusiyaya Dəstək Partiyası Ərdoğanın təfriqəçi hərəkətini pisləyib

Huşəng Xoşləhn: Biz elə bir ölkədə yaşayırıq ki, onun xalqlarının izzət, əzəmət, böyüklük və birliyi hamı üçün aydındır.

Qafqaz Həqiqətləri xəbər verir ki, Fədakarlara və Konstitusiyaya Dəstək Partiyasının Ərdəbil şöbəsinin katibi Bakıda keçirilən paradda Ərdoğanın təfriqə xarakterli şer oxumasına toxunaraq hamını bu məsələyə diqqətli yanaşmağa və mənfi həssaslıqlardan çəkinməyə çağırıb.

Xoşləhn əlavə edib: “Bu böyük və geniş sevimli İran ölkəsində yaşayan bütün xalqlar bir-birinin yanında və hamılıqla vilayətçilik olan bir ortaq hədəfi izləyirlər. Bu hədəf İran İslam Respublikasının üç rəngli bayrağı altında Allaha xatir Allah bəndələrinə xidmət göstərməyə, öz məmləkətlərini abad etməyə, qonşulara qarşı yaxşı niyyətə və hörmətlə yanaşmağa yönəlib. Biz həmişə başıuca İran azərbaycanlıları (türk dillilər) də digər millətlər kimi möhkəm birlik, həmrəylk və vəhdət yumruğunun nişanəsi olan bir əlin barmaqları kimi tam iftixarla yaşayırıq. Türkiyə prezidenti cənab Ərdoğan Azərbaycan Respublikasının paytaxtı Bakıda Qarabağ müharibəsi qələbəsi münasibətilə keçirilən parad mərasimində təfriqə və ixtilaf xarakterli şer oxuyub. Biz cənab Ərdoğanın bu ikili hərəkətini pisləyirik. Bundan əlavə, beynəlxalq qanunlara uyğun olaraq İslam Respublikasının ən yüksək səviyyəsində, ölkəmizin Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən onun cavabı verildi. Bütün elitadan, qrup və partiyalardan istəyirik ki, bu məsələyə çox mənfi həssaslıq göstərməsinlər, müdrik hərəkətləri ilə ölkəmizin ərazi bütövlüyünə hörmət göstərməklə yanaşı, ölkənin diplomatik aparatına güvənsinlər ki, bu məmləkətin təhlükəsizliyinə və vəhdətinə düşmən kəsilənlər bu məsələdən bizim ideal birliyimizin zərərinə sui-istifadə etməsinlər.”

Huşəng Xoşləhn

Fədakarlara və Konstitusiyaya Dəstək Partiyasının Ərdəbil Əyaləti Şöbəsinin katibi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button