IslamXəbərlər

London sakini olan ruhani Yasir əl-Həbibin pərdəarxası

shaykh-khaminie

Bəzi media nümayəndələri bu fikirdədirlər ki, Hüseyn şüarının dirçəldilməsi adı altında açılmış Fədək, İmam Hüseyn, Əl-mərcəiyyət kimi krosno televiziya kanalları (bu kanalların fəaliyyəti üçün yüksək məbləğdə büdcə ayrılıb) Əl-Həbibin fəaliyyəti üçün bir bəhanədir. Əl-Həbib onun tərəfdarı olan kanallarda təfriqəyə səbəb olan çıxışlar edir, müxtəlif müsəlman məzhəblərinin təhqiri ilə məşğul olur.

Farhangnewsin məlumatına görə Yasir əl-Həbib 1979-cu ildə Küveytdə dindar ailədə dünyaya gəlib. O yeniyetmə çağlarından Küveytdə siyasi xəbər sahəsində fəaliyyət göstərib və Əl-vətən, Sovtul-Kuveyt, ət-Təliə və Rəyul-am kimi qəzetlərlə həmkarlıq edib. Həbib Ayətullah Məhəmməd Şirazi ilə (Ayətullah seyid Sadiq Şirazinin qardaşı) tanış olduqdan sonra 1996-cı ildə, yəni 17 yaşında Quma səfər edir və bir müddət Seyid Məhəmməd Rza Şiraziyə (Seyid Məhəmmədin oğluna) şagirdlik edir.

Onların uyğun ustad-şagird münasibəti Londonda Məhəmməd Rza Şirazinin dəyərləndirilməsi üçün təşkil olunmuş mərasimdə əl-Həbibin Şirazilər ailəsi tərəfindən mərasimdə çixiş edəcək şəxs kimi seçilməsinə səbəb oldu.

İngiltərə dövləti Yasir əl-Həbibi himayə edir

 Yasir əl-Həbib bir müddət sonra Küveytə qayıdır, 21 yaşında (2000-ci ildə) Xadimul-Məhdi heyətini yaratmaqla və “əl-minbər” adlı jurnal çap etməklə Küveytdə dini fəaliyyətlərinə başlayır. 2003-ci ildə Peyğəmbərin zövcəsi Ayişənin əleyhinə danışdığı sözlərə görə Küveyt dövləti tərəfindən həbsə alınır. Yasir Əl-Həbib Küveyt sələfilərinin səyləri nəticəsində 15 il həbsə məhkum olunsa da, onun məhkumluq dövrü çox çəkmədi və 3 ay sonra ümumi əfv fərmanı ona da şamil oldu və azadlığa çıxdı. Xarici mediada yayımlanan bəzi xəbərlər bu şəxsin azadlığa çıxması üçün İngiltərə rəsmilərinin pərdə axrasındakı təzyiqlərindən söz açdı. Yasir əl-Həbib zindandan çıxan kimi Küveytdən qaçdı bir müddət gizli bir şəkildə İraq və İranda yaşadı. Bir müddət sakitçilikdən sonra isə qəfil İngiltərədə peyda oldu. İngiltərə dövləti Yasir əl-Həbibə sığınacaq və dini fəaliyyəti üçün icazə verdi. Bu iş bəzi media nümayəndələrinin onun İngiltərə tərəfindən hazırlanmış bir şəxs olduğu gümanını möhkəmləndirdi və hətta Seyid Həsən Nəsrullah və Şeyx Əsəd Qusəyr kimi şəxslər bu barədə danışdılar. Yasir Əl-Həbib İngiltərənin Fulmer adlı kəndində sakinləşir, onun hüseyniyəsi və krosno televiziya kanalı da orada yerləşir. O İngiltərəyə daxil olan  kimi Shia Newspaper qəzetini, İmaməyni-Əsgərəyn hövzəsini, Xadimul-Məhdi heyətini, Fədək və Sovtul-itrət krosno televiziya kanallarını təsis  etdi. Son zamanlarda isə Şəhid Mövsüm məscidinin hazırlanması ilə bağlı böyük prayekti həyata keçirmək fikrindədir.

Əl-Həbib 2010-cu ildə (1431-ci ilin ramazan ayı ilə eyni tarixdə) ilk dəfə olaraq Aişənin ölüm günü münasibəti ilə aşkar şəkildə şənlik mərasimi keçirdi. Bu xəbər dünyada Əhli-sünnənin qəzəblənməsinə səbəb oldu. O nəinki bu işindən əl çəkmədi, əksinə Aişə barəsində olan mövqeyini, fikirlərini bir kitabda nəşr etdi. Bu kitabın çox kobud və pis adı var idi. O iddia edir ki, kitabı fikir sahibləri tərəfindən bənzərsiz şəkildə qarşılanıb və bəziləri onun kitabını əsrin kitabı adlandırıblar. Əlbəttə bu günə kimi uyğun məsələ təsdiqlənməyib.  O öz uyğun işlərini davam etdirdi və ikinci xəlifənin ölüm günü münasibəti ilə şənlik mərasimləri keçirdi. Hətta təəccübləndirici  bir iş gördü və uyğun proqramları canlı olaraq özünə aid krosno televiziya kanalından yayımladı. Onun bu addımı müxtəlif müsəlman məzhəblərini çox təəccübləndirdi. Bu hadisədən sonra inqilabın böyük Rəhbəri Ərəbistanın şərqindəki alimlərin sorğusuna cavab olaraq fətva verdi və bildirdi ki, Əhli-sünnənin müqəddəslərini o cümlədən Peyğəmbərin həyat yoldaşlarını təhqir etmək haramdır. Rəhbərin bu fətvası Əl-Həbibin İran İslam Respublikası, İraq, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Yəmən və digər ölkələrdəki  şiələrlə açıq-aşkar müxalifliyinin başlanğıcı oldu.

Əhli-sünnəni, şiələri və böyük təqlid mərcələrini təkfir etmək

Bundan qabaq əl-Həbib daha çox vəhabi alimləri ilə münazirələr, mübahisələr aparardı. Şiə alimləri və təqlid mərcələrinin onun əleyhinə mövqe tutmaları səbəbindən qəfil şiə alimlərinə doğru hücuma başladı və onların tənqidinə qalxdı. Bu məqsədlə hər gün Şiə alimlərindən birini  hədəfə aldı. Hətta onların bəzilərini dindən çıxmış hesab etdi, küfrlə suçladı. O həzrət İmam Xumeynini (r), Əllamə Təbatəbai, Ayətullah Behcət, Ayətullah Sistani, Ayətullah Həkim və digər böyük şiə şəxsiyyətlərin ürfani baxışlarını tənqid etdi, onların yolunu azmış olduğunu bildirdi. Digər bir tərəfdən Şəhid Ayətullah Məhəmməd Baqir Sədrə hücum çəkdi və onun dünyadan köçərkən şiəlikdən çıxdığını iddia etdi.

Əl-Həbib həmçinin Seyid Həsən Nəsrullahı fasiq adlandırdı və bildirdi ki, Benladen və Qərzavi mücahiddirlərsə, Seyid Həsən də mücahiddir. Seyid Həsəni şiə alimlərinə ardıcıllıq etdiyi üçün azğın şəxs adlandırdı.  Yasir Əl-Həbib əvvəllərdə, fəaliyyətinə təzə başlayanda Ayətullah Sistaninin qarşısında ehtiyatla davranır, ona qarşı ehtiyatla danışırdı. Lakin gün keçdikcə cəsarətləndi və onun barəsində çox bəyənilməz sözlər işlətdi. O bu çirkin sözlərindən sonra  iddia etdi ki, Ayətullah Sistani yeni nəsil şiələrin baxışlarına əhəmiyyət vermir, diqqət göstərmir və yaxın zamanlarda şiəliyin mərcəliyə qarşı qalxması ehtimalı var .

Yasir Əl-Həbibin Seyid Müctəba Şirazi ilə birlikdə şəkli

Əl-Həbib bütün İslam ölkələrindəki, şiə məntəqələrindəki təqlid mərcələrini təhqir etdi. Lakin onun təhqirlərindən, acı sözlərindən amanda qalan yeganə şəxs və onun tərəfindən təəccübdoğrucu bir şəkildə əsil şiə təqlid  mərcəsi kimi tanınan insan Ayətullah Seyid Sadiq Şirazi oldu. Əl-Həbib iddia edir ki, Ayətullah Seyid Sadiq Şirazi və onun dəftərxanası onun fəaliyyətlərini  himayə edir. Onun bu iddiası bu günədək Ayətullah Şirazi tərəfindən nə rədd edilib, nə də təsdiqlənib. Lakin Seyid Sadiq Şirazinin  dəftərxanası bu günədək Əl-Həbibin böyük təqlid mərcələrini təhqir etməsi barəsində etirazını bildirməyib, onun iddialarını heç zaman rədd etməyib və əksinə bəzi hallarda onu himayə edib.

Ayətullah Seyid Sadiq Şirazinin özü mediada böyük səs salan bir addım atdı və Yasir Əl-Həbibin savadsız şəxs olduğu iddiası qarşısında onun üçün geniş bir icazənamə yazdı. Həmin icazənamədə Əl-Həbibi 30 yaşında ikən “fəzilət sahibi Əllamə hacı Şeyx Yasir Əl-Həbib” kimi çağırdı, bu adla ona müraciət etdi. Ayətullah Seyid Sadiq Şirazinin Seyid Müctəba adlı qardaşı və Seyid Əhməd adlı oğlu (onların hər ikisi İngiltərədə məskunlaşıb) Yasir Əl-Həbiblə sıx rabitədədirlər və onların hər ikisi Yasir Əl-Həbibi himayə edirlər. Əhli-sünnə müqəddəsliklərini təhqir etməyin haram olduğu elan olduqdan sonra Yasir Əl-Həbiblə Müctəba Şirazinin rabitəsi gücləndi.

“Əl-vətən” kimi bəzi ərəb nəşriyyələri bildirdilər ki, Yasir Əl-Həbib Londonda uzun illər Müctəba Şiraziyə şagirdlik etdikdən sonra onun qızı ilə nikah bağlayıb və onların arasında qohumçuluq rabitəsi yaranıb. Onun feysbukdakı tərəfdarları Yasir Əl-Həbibin Müctəba Şiraziyə iqtida edərkən çəkilmiş şəklini facebook sosial şəbəkəsində paylaşdılar.

Hüseyn şüarının dirçəldilməsi adı altında baş verən hərəkat

Bəzi media nümayəndələri bu fikirdədirlər ki, Hüseyn şüarının dirçəldilməsi adı altında açılmış krosno televiziya kanalları (bu kanalların fəaliyyəti üçün yüksək məbləğdə büdcə ayrılıb) Əl-Həbibin fəaliyyəti üçün bir bəhanədir. Əl-Həbib onun tərəfdarı olan kanallarda təfriqəyə səbəb olan çıxışlar edir, müxtəlif müsəlman məzhəblərinin təhqiri ilə məşğul olur.

Yeni təsis edilmiş “Əl-mərcəiyyə” televiziya kanalı Əl-Həbib və onun tərəfdarlarının geniş şəkildə təbliği ilə məşğuldur. Əl-Həbibə bağlı olan televiziya kanalları bildirirlər ki, onlar İngiltərədə açdıqları bank hesabları vasitəsi ilə gəlir əldə edirlər və xərclərini ödəyirlər.

Yalançı şiələrin ən bariz nümunəsi müsəlmanlar arasında təfriqə salan və İslam düşmənlərinin dəyirmanına su səpən şəxslərdir. Təəssüf ki, şirazilər adı ilə tanınan (və bu şəhərlə heç bir rabitəsi olmayan) cərəyan hal-hazırda şiəlik niqabı altında müsəlmanlar arasında təfriqə, parçalanma yaradan əsas amildirlər.

Bu cərəyanın əsas şəxslərindən biri Yasir Əl-Həbibdir. Yasir Əl-Həbib ruhani görkəmində olan Küveytli bir şəxsdir, Seyid Müctəba Şirazi və Seyid Sadiq Şirazinin şagirdlərindəndir. O Əhli-sünnə müqəddəslərinə və İslam Peyğəmbərinin (s) həyat yoldaşına etdiyi təhqirlər səbəbindən Küveyt vətəndaşlığından çıxarıldı. O Britaniyanın dəstəyi ilə Londona getdi, orada siyasi sığnacaq aldı, əvvəllər Küveytdə təsis etdiyi Xadimul-Məhdi heyətini, dəstəsini yaratdı.

Bütün bunlardan əlavə Seyid Müctəba Şirazinin himayəsi ilə krosno televiziya kanalları və nəşriyyələr təsis etdi. Əlbəttə Şirazi qardaşları (Seyid Məhəmməd, Seyid Sadiq və Seyid Muctəba) tarix boyu öz həyatlarında heç bir zaman şiə mərcəliyinin mərkəzində olmayıblar və onların mərcəliyi, təqlid mərcəsi olması xüsusi məkanlara aid olub. Yasir Əl-Həbib son dərəcə həyasızlıqla aşkarcasına Ayətullah Behcəti azğın şəxs adlandırdı, Həzrət Ayətullah Sistani və böyük Rəhbəri təhqir etdi və bu təhqirlərin yer aldığı mətnləri öz veb saytında ərəb və fars dillərində yayımladı.

Şiə təqlid mərcələri daim təkcə şiələrin yox, bütün müsəlmanların müraciət etdikləri, sığındıqları şəxslər olublar. Onlar həmişə İslamın vəhdətini düşünüblər, ümmət arasında parçalanmadan uzaq durmağa çağırıblar.

Həzrət Ayətullahul-üzma Sistaninin İraqda müvəffəq olmasının səbəbinin biri də onun bu böyük şiə alimlərinin gözəl ənənəsinə əməl etməsi idi. O təkcə şiələrin deyil, bütün iraqlıların təqlid mərcəsi kimi rəftar etdi. Elə bu səbəbdən “Əhli-sünnə məscidlərinə təcavüz Əhli-beyt (ə) məzarlarına təcavüz ilə eyni hökmdədir”  fətvası veriləndə Misirin Darul-iftası şiə alimlərinin ayıq-sayıqlığı ilə fəxr edib, qürrələndi.

Yuxarıda söz açdığımız cərəyanın xətaları, səhvləri o qədər çoxdur ki, onların fəaliyyətinin qısa müddətində bu qədər səhv rekord həddindədir.

 yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button