ArxivXəbər lentiXəbərlər
Ayətullah Xamenei: 2018 deyib, 2019-cu ildə qarışıqlıq yaratmağa cəhd edə bilərlər

İraq və Suriyada həyatını itirmiş iranlı əsgərlərin ailə üzvləri ilə görüşdə ali lider Ayətullah Əli Xamenei ABŞ-ın gələn il ölkədə vətəndaş müharibəsi yaratmaq planı barədə danışıb.
qafqaz.ir “Təsnim” agentliyinə istinadən bildirir ki, Ayətullah Xamenei, “hər kəs diqqətli olsun. ABŞ 2019-cu il üçün plan hazırlamış ola bilər. Amerika son 2 ildə İrana qarşı təzyiqləri artırıb. ABŞ iqtisadi sanksiya və təhlükəsizlik problemləri ilə İranda fikir ayrılığına yol açaraq daxili qarşıdurma yaratmağı planlaşdırır”,- deyə bildirib.
Amerika tərəfinin, “İran 40 illiyini qeyd edə bilməyəcək”, “bu yay İran üçün isti keçəcək” istiqamətindəki açıqlamalarına münasibət bildirən Ayətullah Xameneyi daha sonra vurğulayıb: “Ötən yay ən hüzurlu yaylardan biri oldu. İran xalqı hazırlıqlı olmalıdır. Amerikalılar hiylə işlətmiş ola bilər. 2018 deyib, 2019-cu ildə qarışıqlıq yaratmağa cəhd edə bilərlər”.