Nümayişçilər “Rədd olsun ABŞ, rədd olsun İsrail” şüarları səsləndirib
İranın paytaxtı Tehranda kütləvi yürüş keçirilir.
qafqaz.ir xəbər verir ki, yürüşə çıxanlar ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması haqqındakı qərara etirazlarını bildiriblər.
Nümayişçilər “Rədd olsun ABŞ, rədd olsun İsrail” şüarları səsləndirib.
Bu gün həmçinin Tehrandan başqa Təbriz, Urmiya, İsfahan, Şiraz və başqa böyük şəhərlərdə kütləvi yürüş keçirilib. Əllərində “Qüdsə azadlıq” şüarları tutan insanlar beynəlxalq təşkilatlardan ABŞ-a təsir göstərməyi tələb ediblər.