ArxivXəbər lentiXəbərlər

Azərbaycan DQİDK sədri bu gün İrana səfər edir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bu gün bir heyətlə İrana gedir. Mübariz Qurbanlı İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri doktor Ebrahimi-Torkəmanın səfərinə cavabda və onun rəsmi dəvəti ilə Tehrana səfər edir. Bu səfərdə məqsəd, qarşılıqlı həmkarlıqların gücləndirilməsi elan edilib.
Mübariz Qurbanlı öz beşgünlük səfərində İslam İnqilabının Böyük Rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə sədr müavini Ayətullah Qomi, Ayətullahuluzma Sobhani və Ayətullahuluzma Erafi ilə görüşəcək.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri öz səfərində habelə İran xarici işlər nazirinin Asiya məsələləri üzrə müavini ilə görüşəcək.
O, Milli Kitabxana, Camiətül Mustafa Universiteti, Həzrət Ayətullahuluzma Mərəşi-Nəcəfinin kitabxanasında olacaq və Cəmərandan da görüş keçirəcəkdir.
Qum şəhərində Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahının ziyarəti onun digər tədbirlərindən olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button