Tanınmış kinodramaturq AİP sədri Mövsüm Səmədovu təbrik etdi

Hazırda məhbəsdə olan AİP lideri və sədri Doktor Hacı Mövsüm Sәmәdov sentyabrın 4-də ömrünün 52-ci yayını qarşıladı. 7 ildir ki məhbəs həyatı yaşayan AİP liderinin mövludunu ölkənin tanınmış ziyalıları və siyasi-ictimai xadimləri xoş sözlərlə, təbriklərlə yad etdilər. Şərlənərək zindana salınan ziyalımızın mövludu münasibətilə təbriklər davam etməkdədir.
Tanınmış kinodramaturq, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev hazırda ölkədə olmasa da, sosial şəbəkədə Doktora xoş sözlərini və arzularını çatdırıb:
“Doktor Hacı Mövsüm Səmədov xoşbәxt adamdı!
Ona görә yox ki, o, ölkәmizin lәyaqәt simvollarından biri, qürur duyulası INSANDI. Elәcә dә, ona görә yox ki, o, bütün varlığı ilә elmlә imanı ortaq mәxrәcә gәtirmәyә sәy göstәrmiş vә bu niyyәtindә uğur da qazanmış nadir şәxsiyyәtlәrdәndi.
Hәrtta, ona görә dә yox ki, zülmә , zülmkara qarşı mәrdi-mәrdanә sinә gәrmiş, әxlaqi – mental keyfiyyәtlәrin,mәnәvi vә dini dәyәrlәrin hifz olunmasında, Haqq,Әdalәt yolunda ağılasığmaz mәrhumiyyәtlәrә düçar olacağından qorxub da çәkinmәmişdir.Heç bir zindan, heç bir әzab әziyyәt,ağrı-acılar onu әqidәsindәn,dinindәn vә xalqına mәhәbbәtindәn sapdıra bilmәmişdir.
Hәrçәnd, dәyәrli Hacı Mövsüm elә bu sadalananlarla da xoşbәxtliyә haqq edә
bilәrdi… Amma…
Amma O, bu gün,sözün әsl mәnasında, diri şәhid sayılır! DİRİ ŞӘHİD!
Bax, mәhz buna görә xoşbәxtdi hacı Mövsüm.
Vә bu, yәni diriykәn şәhid sayılmaq adi xoşbәxtlik deyil – İLAHİ xoşbәxtlikdi!
Şәhidlik zirvәn mübarәk, qardaşım!”
Vetenugrunda.az