ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda da fəaliyyət göstərmiş Ayətullah Sabir Həmədani dünyasını dəyişdi

İranın Həmədan şəhərinin Xobreqan məclisində eks nümayəndəsi Ayətullah Sabir Həmədani dünyasını dəyişib.

İslamazeri.com xəbər verir ki, İranın Həmədan şəhərinin Xobreqan məclisində eks nümayəndəsi milliyətçə azərbaycanlı Ayətullah Sabir Həmədani dünyasını dəyişib.

Cavanlıqda Seyid Nəvvab Səfəvilə dost olan Ayətullah Həmədani, İranın şah rejimilə mübarizə aparan fəal qüvvələrdən biri sayılırdı.

Ayətullah Həmədani bir müddət Azərbaycanda da fəaliyyət göstərib. O Ayətullah Xameneinin göstərişilə İranın Dini Təbliğatının Azərbaycandakı rəhbəri olub. Bir çox məscidlərdə mərasimlərə qatılmış və dini təhsillə məşğul olub.

Allah Rəhmət etsin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button