ArxivXəbər lentiXəbərlər

Rusiya Suriyada çeçen mücahidi öldürdü

Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində “Əhrar əş-Şam” qruplaşmasının lideri, əslən çeçen olan “general” Əbu Bəkr Əş-Şişani öldürülüb.

Bu barədə RİA Novosti-yə Suriyadakı hərbi mənbə məlumat verib.

“Oktyabrın 14-də Rusiya aviasiyasının Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda Əbu Bəkr Əş-Şişani olmaqla bir qrup yaraqlı məhv edilib”, – deyə mənbə bildirib.

Elə həmin gün Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb.

Bildirilir ki, öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anas da olub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button