ArxivXəbər lentiXəbərlər
Biləsuvarda qaçaqmalıçılıq yolu ilə İrana zəli gətirmiş Azərbaycan vətəndaşı saxlanıldı

Ərdəbil əyalətinin cəzalandırma idarəsinin müdiri Biləsuvar şəhərində zəli qaçaqmalçısına hökm çıxarıldığını xəbər verib.
Qafqaz Mədəniyyət Mərkəzi – Hüseyn Nəcəfzadə çərşənbə günü bu xəbəri bəyan edərək deyib: “Biləsuvar şəhərinin polis qüvvələri onlara verilən məlumat əsasında qaçaqmalçılıq yolu ilə İrana gətirilmiş 20 kq zəlini aşkar ediblər”.
Cəzalandırma idarəsinin rəisi vurğulayıb: “Aşkarlanan zəli yükünü bir Azərbaycan vətəndaşı qaçaqmalıçılıq yolu ilə ölkəyə daxil edib və bu məsələ üzrə cəzalandırma idarəsində iş açılmışdır”.