, ima Həsənin (ə) mövludu dünya müsəlmanları tərəfindən yüksək şəkildə qeyd edilib. Həmin tədbirlərdən biri də qonşu ölkəmiz Gürcüstanda baş tutub. Rustavi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə həyata keçrilən mərasimi iftar saatlarından başlayaraq davam edib. İmamın adına açılan ehan süfrəsi arxasında əyləşən inanclı şəxslər içərisində ictimai xadimlər, ilahiyyatçılar və dövlət rəsmiləri də yer alıb.Tədbir məşədi Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb. Sonra məclisin aparıcısı məşədi İmzat Süleymanov qonaqlara əlamətdar günlər haqqında məlumat verib. İlk olaraq çıxış üçün söz GMİ-nin şeyxi hacı Ramin İgidova verilib. Sonra məclisdə iştirak edən Kvemo Kartilinin qubernatoru Qriqol Nemsadze, Rustavi şəhərinin meri İrakli Tabağua, İran İslam Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri Hacı İsak Novruzov mərasim iştirakçılarını salamlayıb. Onlar əziz və müqəddəs günlər münasibəti ilə bütün müsəlmanları təbrik və ürək sözləri və xoş arzularını bildiriblər. İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib. Sonda mərasim Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zarenin dua oxuması ilə sona çatıb.