Həzrət Ayətullahuluzma Sübhani Beynəlxalq “17 Rəbiül-Əvvəl Qarabağ” Konfransına ünvanladığı müraciətdə vurğulayıb: “Dağlıq Qarabağ ərazisi qədim zamandan Azərbaycan ərazisinə məxsus olub və onun işğalı qanunsuzdur və işğal olunmuş ərazilər İslam ölkələrinə qaytarılmalı və tərəflər beynəlxalq müqavilələrə tabe olmalıdırlar”.
Həzrət Ayətullauluzma Sübhani vurğulayıb: “Diqqətli olun ki, bu bölgə vəhhabilik və terrorçu və təkfirçi qrupların mərkəzinə çevrilməsin. Bildiyim qədər vəhhabilər illərdir bu həssas bölgədə yatırımlar edir və təbliğat aparırlar”.