ArxivXəbər lentiXəbərlər
Azərbaycanlı ekspert: İngiltərənin AB-dən ayrılması Azərbaycanın zərərinə olacaq

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu deyib: İngiltərənin Avropa Birliyindən ayrılması Azərbaycan Respublikasının zərərinə olacaq.
Bakıda Səhər-in müxbirinə müsahibə verən Rövşən Novruzoğlu Azərbaycanın Avropa Birliyi ilə yaxşı münasibətlərinə toxunub və əlavə edib: İngiltərənin Avropa Birliyindən ayrılması bu birliyin zəifləməsi ilə nəticələnəcək. Bu hadisə NATO kimi bəzi beynəlxalq alyansların dağılması və zəifləməsi ilə nəticələnə bilər.
Rövşən Novruzoğlu deyib: Avropa Birliyində bu hadisə iqtisadiyyatı bu birliyə bağlı olan Azərbaycan Respublikası üçün aydın perspektiv müjdə vermir.