Hindistan səfiri Qafqazdan danışdı
Hindistanın İrandakı səlahiyyətli səfiri Astara limanı ilə yaxından tanış olub.

“Astara limanına baxış keçirən Hindistan səfiri D.P.Srivastava bildirib ki, bu liman Hindistanın öz məhsullarını göndərməsi üçün əlverişli limandır”. Bu sözləri Astara Limanlar və Dənizçilik İdarəsinin rəhbəri Rəsul Bəhrami “Səhər”in Astara müxbiri ilə müsahibədə deyib.
Bəhraminin sözlərinə görə, Astara limanı həm İranın şimal bölgələri, həmdəki Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan və Rusiyaya münasib bir məkanda yerləşmişdir.
Hindistanın Tehrandakı səfiri D.P.Srivastava müxbirimizə müsahibədə qeyd edib ki, İran coğrafi baxımdan strateji bir mövqedə yerləşir. Bu mövqeyinə görə, Qafqaz ölkələri ilə Hindistan arasında bir çox imkanlar, o cümlədən məsafə azlığına görə, körpü rolunu oynayır.
Srivastavanın bidirdiyinə görə, Hindistan da İranla öz əlaqələrini genişləndirərək İranın bu strateji mövqeyindən faydalana və əlavə xərclərinin qarşısını ala bilər.