Qafqaz.ir “HÖVZƏ”yə istinadən xəbər verir ki, İmam Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi, Höccətül-islam vəl-müslimin Seyyid Həsən Amuli keçmiş prezident Həsən Ruhaninin sözlərinə reaksiya verib.
O deyib ki, biz İranın keçmiş hökumətindən narazıyıq:
“Çünki bu səkkiz il ərzində dəfələrlə xain düşmənlərimizə böyük fürsətlər verdi. Onlar üçün zəmin hazırlamaqla millətimizin qürurunu qırdı. Biz hər şeydən keçsək də, bundan keçməyəcəyik”.