İran elektrik şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyaya qoşacaq

İranın energetika naziri deyib ki, İranın elektrik şəbəkəsi Azərbaycan Respublikası vasitəsilə Rusiyaya qoşulacaq.
İranın energetika naziri Reza Ərdəkanian dünən Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə bu haqda açıqlama verib. Onun sözlərinə görə, ölkənin təmiz enerjilərdən istifadə sahəsində əməkdaşlıq zəminləri mövcuddur.
“Hazırda İran ilə Azərbaycan Respublikası arasında enerji mübadiləsi müqaviləsi bərqərardır və iki ölkə su və işıq sahələrində yaxşı həmkarlığa malikdir.”, -deyə nazir əlavə edib.
Şahin Mustafayev də iki ölkə həmkarlıqlarının qədim tarixinə toxunaraq deyib: “İki ölkənin məşvərətlərində daim İran-Azərbaycan Respublikası-Rusiya, İran-Azərbaycan Respublikası-Gürcüstan və İran-Azərbaycan Respublikası-Türkiyə kimi üçtərəfli əməkdaşlıqlar haqda fikir mübadilələri aparılır.”
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Ərdəkanianla görüşdən öncə İranın iqtisadi və maliyyə məsələləri naziri ilə görüşərək, onunla şimal-cənub dəhlizinin təkmilləşdirilməsi xüsusiyyət təşkil etməklə iqtisadi əməkdaşlıqların genişləndirilməsi ətrafında danışıblar.