ArxivXəbər lentiXəbərlər
Maduro: İran, Rusiya, Çin və Kuba Venesuelanın əsl dostudur

Rusiya, Çin və Kuba ilə yanaşı, Venesuela prezidenti İranı Karakas hökumətinə humanitar yardım göstərdiyinə görə alqışlayıb.
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, İran, Rusiya, Çin və Kuba Karakas hökumətinin əsl dostlarıdır. Çünki humanitar yardım etməkdən çəkinməyiblər:
“Vaşinqton rəhbərliyi 20 milyon dollar yardım təklif etdi, ancaq bir dollar ödəmədi”. Qeyd edək ki, 2019-cu ilin əvvəlindən bəri ABŞ Venesuelada müxalifət lideri Xuan Quidonu dəstəkləyir. O vaxtdan bəri Vaşinqton çevrilişlər və sanksiyalara əl ataraq Maduro hökumətini devirmək üçün hər cür səy göstərib, amma praktikada heç bir nəticə əldə etməyib.
qafqaz.ir