ArxivXəbər lentiXəbərlər

Naradaran yenə qarışdı – İmam Zaman (ə.f) mədrəsəsi sökülür

Nardaran kənd sakinlərinə istinadən xəbər verir ki, hal-hazırda Nardarandakı Rəhimə xanım pirinin nəzdində yerləşən “İmam Zaman (əc)” mədrəsəsi İcra Hakimiyyəti işçiləri tərəfindən sökülməyə başlanılıb. Söküntüyə birbaşa polis nəzarət edir. Baş vermiş hadisəyə etiraz olaraq, kənd ağsaqqalları Prezident Aparatına tərəf gedirlər.

Mədrəsənin sökülməsinə bəhanə kimi isə səbəb yolun genişləndirilməsi göstərilir. Lakin kənd sakinlərinin bildirdiyinə görə, mədrəsə yolun sonunda yerləşir və heç bir səbəblə görülən işlərə maneəçilik törətmir. Mənbə onuda bildirir ki, bu, açıq-aydın bəhanədir. Çünki mədrəsəyə gələn yol və kənddə təmirə və genişlənməyə ehtiyacı olan yollar qaldığı halda mədrəsənin söküntüsü aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button