Şəhid General Polad Həşimovun ailəsinə Şəhid General Hacı Qasim Süleymani mükafatı təqdim olundu

İmam Xameneinin Azərbaycandakı nümayəndəsi və İranın Azərbaycandakı səfiri Şəhid General Polad Həşimovun ailəsini ziyarət edib.
عصر امروز به همراه نماینده محترم ولی فقیه و وابسته نظامی سفارت ����، با حضور در منزل #ژنرال_شهید_پولاد_هاشیم_اف ضمن دیدار با خانواده این شهید شاخص ����، لوح و مدال “جایزه جهانی ایثار” را که به نام نامی #سردار_شهید_سلیمانی مزیّن بود، تقدیم همسر و فرزندان ایشان کردیم.#خط_سرخ_شهادت pic.twitter.com/LPf4Pv7GmL
— S.A. MOUSAVI (@SAMOUSAVI9) April 28, 2021
“Bu axşam (28 aprel 2021-ci il tarixdə, – red.) Ali Rəhbərin Azərbaycandakı hörmətli nümayəndəsi (Seyyid Əliəkbər Ocaqnejad, – red.) və hərbi attaşemizlə birlikdə General Şəhid Polad Həşimovun evində olduq. Ziyarət zamanı şəhidin ailəsinə Sərdar Şəhid Süleymani adına “Beynəlxalq Qurban Mükafatı”nı və medalını Şəhid Polad Həşimovun xanımı və övladlarına təqdim etdik”.Xatırladaq ki, 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmış General Polad Həşimov şəhadətindən sonra, 9 dekabr 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.