ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Paşinyan və Putin nədən danışdılar?

Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı qeyri-stabillik ocaqları yaranır.

Qafqaz.ir “Shafaqna”ya istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Təəssüf ki, son zamanlar biz təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki regionda vəziyyət qeyri-sabitdir. Əlbəttə, hər kəs sizin və Rusiya Federasiyasının 44 günlük müharibədə atəşkəsin əldə olunması üçün göstərdiyiniz səyləri bilir. Deməliyəm ki, rusiyalı sülhməramlıların yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı narahatlıq ocaqları yaranır”, – Putinlə danışıqlardan əvvəl Paşinyan deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistanın sərhədində isə vəziyyət “elə də sabit deyil”.

Paşinyan “Sputnik V” vaksininin Ermənistana tədarükünə görə də Rusiya liderinə təşəkkür edərək ölkəsində koronavirusla bağlı vəziyyətin xeyli yaxşı olduğunu və bu fonda rusiyalı turistlərin axınının müşahidə olunduğunu deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button