Sumqayıtın mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adı verilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, həmin küçənin əvvəlki adı Məşədi Əzizbəyov olub.