ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Putinin gəlişi ərəfəsində Yerevanda etiraz aksiyası olub

Xəbər verilir ki, Qaregin Njdenin abidəsindən başlanan yürüşün iştirakçıları “Rusiya düşməndir!” və “KTMT düşməndir!” kimi şüarlar səsləndiriblər
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də açılacaq sammiti ərəfəsində müxalif Milli Demokratik Qütb Partiyası Yerevanda etiraz aksiyası keçirib.
Xəbər verilir ki, Qaregin Njdenin abidəsindən başlanan yürüşün iştirakçıları “Rusiya düşməndir!” və “KTMT düşməndir!” kimi şüarlar səsləndiriblər.
Etirazçılar bildirirlər ki, təşkilat Azərbaycanla münaqişədə onun üzvü olan Ermənistana heç bir praktik dəstək verməyib.
Müxalifət partiyasının üzvlərinin qənaətinə görə KTMT-nin Ermənistana düşmən möqve tutan üzv ölkərin liderlərinin, o cümlədən Vladimir Putinin ölkəyə gəlişinə etiraz bildirilməlidir.
Müxalifətçilər noyabrın 23-də də aksiya keçirəcəklərini bildiriblər.
Bu, 44 günlük müharibədən sonra Putinin Ermənistana ilk səfəri olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button