IslamXəbər lentiXəbərlər
“Qurani Kərim” erməni dilinə tərcümə olundu – Foto

AzadXeber.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim ilk dəfə erməni dilinə tərcümə edilib. Tərcümə Ankara Tarix və Coğrafiya Universitetində işləyən və erməni dili fakultəsinin aspirantı Yavuz Aydının təşəbbüsü ilə reallaşıb.
Yavuz Aydın Quranın tərcüməsində məqsədin müqəddəs kitabın gözəlliyini ermənilərə təqdim etmək olduğunu bildirib. Kitabın redaktoru “Akos” qəzetinin kordinatoru Baqrat Estukyandır. Tərcümə 10 cilddən və 2500 səhifədən ibarətdir.
